Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş şəxsin yeddi avtomobildən oğurluğa cəhd göstərməsi müəyyənləşdirilib

Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş şəxsin yeddi avtomobildən oğurluğa cəhd göstərməsi müəyyənləşdirilib

 

Bakı, 22 sentyabr, AZƏRTAC

Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş S.Xəlilovla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun yeddi avtomobildən oğurluğa cəhd göstərməsi, bir avtomobildən isə sənəd oğurlaması da müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 30-da Nəsimi rayonunun ərazisindəki evlərin birindən 300 manat məbləğində pul və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı təhqiqat davam etdirilir.

Mənbə: azertag.az