Məktəblər yenidən bağlana bilərmi? - RƏSMİ CAVAB

Məktəblər yenidən bağlana bilərmi? - RƏSMİ CAVAB

"Məktəbli yoluxanların böyük əksəriyyəti yuxarı sinif şagirdləridir. Onlar ümumiyyətlə məktəblərə gəlmirlər. Onların dərsləri oktyabr ayının 1-dən və ya 15-dən başlayacaqdır".

BAKU.WS xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi əlvə edib ki, texniki heyət və müəllimlər arasında da yoluxmalar olur: "Bununla bağlı Təhsil Nazirliyi dəfələrlə müraciətlər edib ki, ara məsafələri saxlanılmalı, sanitar gigiyenik qaydalara riayət olunmalı və tibbi maskalar taxılmalıdır. Bu, pandemiya dövrünün bir reallığıdır. Burda söhbət təkcə məktəbdən getmir, küçədə və ev şəraitində də pandemiya şərtləri nəzərə alınmalıdır".

Cəsarət Valehov sonda qeyd etdi ki, tədrisin yenidən dayandırılması ilə bağlı hər hansı təlaşa səbəb yoxdur.

Mənbə: baku.ws