ATEF Şirkətlər Qrupu dövlət şirkəti ilə bağlı məhkəməyə üz tutub

ATEF Şirkətlər Qrupu dövlət şirkəti ilə bağlı məhkəməyə üz tutub

“ATEF Şirkətlər Qrupu” MMC Azərbaycanın böyük dövlət şirkətinə qarşı iddia qaldırıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki, “ATEF”in haqqında müraciət etdiyi şirkət isə “Azərbaycan Dəmir Yolları” QSC-dir (ADY). Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.

Şirkətin məhkəməyə müraciətinə səbəb isə ADY ilə podratçı müqaviləsi olub. Əlavə olaraq hansı məbləğ üzərində bu məhkəmə çəkişməsinin getdiyi açıqlanmır.

ATEF Şirkətlər Qrupu” – Azərbaycan özəl şirkətlər qrupudur. Şirkət 1961-ci ildə Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılmışdır. Şirkət Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla özəlləşdirilmişdir. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu açılmışdır. 2011-ci ildə Hövsan qəsəbəsində şirkətə aid olan bir metal konstruksiya zavodu açılmışdır.

Azərbaycanda 9 zavodu fəaliyyət göstərir.

Mənbə: fed.az