Nigar Arpadarai erməni təcavüzünü AŞPA-da gündəmə gətirib

Nigar Arpadarai erməni təcavüzünü AŞPA-da gündəmə gətirib

“Ermənistanın bizə qarşı apardığı təcavüzkar siyasəti bütün platformalarda bacardığımız qədər göstərməliyik, məsələni qaldırmalıyıq”.

Cebhe.info xəbər verir ki, bunu deputat Nigar Arpadarai deyib.

O bildirib ki, fürsətdən istifadə edərək, bu gün AŞPA-nın Sosial komitəsinin iclasında COVID-19 pandemiyasının ölkələrin sosial-iqtisadi həyatına gətirdiyi böhran haqda müzakirəsində, təhlükəsizlik məsələsini gündəmə gətirib:

“Bütün dünyanın COVID-19-la mübarizəyə başı qarışdığı bir məqamda Ermənistanın Azərbaycana qarşı hücumundan danışdım və təhlükəsizlik sistemində yaranmış böhranın hesabata salınması üçün müraciət etdim. Səsimiz eşidilməlidir!”

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info