Azərbaycanda daha iki nəfər koronavirusdan öldü- STATİSTİKA

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü- STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672 test aparılıb.

Mənbə: oxu.az