Nobel Sülh Mükafatı mərasiminin keçirilmə yeri dəyişdirilib

Nobel Sülh Mükafatı mərasiminin keçirilmə yeri dəyişdirilib

“Nobel Sülh Mükafatının təqdimetmə mərasimi ənənəyə uyğun olaraq, dekabrın 10-da baş tutacaq, lakin COVID-19 pandemiyası səbəbindən daha kiçik miqyasda keçiriləcək”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Nobel İnstitutunun rəhbəri Olav Nelstad Norveçin RNK teleradio şirkətinin efirində deyib.

Onun sözlərinə görə, tədbir min qonaq qəbul etmək gücündə olan Oslo meriyasının əsas zalında deyil, yüz nəfərin yerləşə biləcəyi Oslo Universitetinin əsas auditoriyasında keçiriləcək. Nobel mükafatı laureatının şərəfinə verilən ziyafət ləğv ediləcək.

Daha əvvəl Stokholmdakı Nobel Fondu tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat sahələrində Nobel mükafatçılarının şərəfinə verilən ziyafətin ləğv edildiyini elan etmişdi.

O.Nelstad qeyd edib ki, hələlik laureatın (və ya laureatların) mükafatı şəxsən almaq üçün Osloya gəlib-gəlməyəcəyi məlum deyil. Stokholmda da mərasimin onlayn baş tutmasının mümkünlüyü vurğulanır.

Mənbə: pia.az