Türkiyə dünyanı bu silahlarla heyrətə salacaq

Türkiyə dünyanı bu silahlarla heyrətə salacaq

Bu gün Türkiyənin ilk yerli istehsalı olan “DM-5” və “DM-7” iriçaplı silahı Türkiyə Silahlı Qüvvələrinə (TSQ) təhvil verilib.

Cebhe.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Makina və Kimya Sənayesi Qurumu tərəfində istehsal olunan “DM-5” (5.56 mm) və “DM-7” (7.62 mm) tipli iriçaplı pulemyotlar Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Bu silahlar NATO-nun standartlarına uyğun olaraq soyuq, isti hava şəraitində, qum, yağış, palçıq kimi ağırlaşdırılmış bir çox testi xətasız olaraq müvəffəqiyyətlə keçib.

Əhməd
Cebhe.info

 

Mənbə: cebhe.info