Piyada səkisinin üzərində tikilən stadion - Qurumlar “biz icazə verməmişik” deyir. Bəs, qanun nə deyir?

Piyada səkisinin üzərində tikilən stadion - Qurumlar “biz icazə verməmişik” deyir. Bəs, qanun nə deyir?

Paytaxtın Nərimanov rayonun Nəcəf Nərimanov küçəsində stadion tikilir. Sakinlər iddia edir ki, Stadionun tikintisi zamanı onların yolu kəsilib. Daha dəqiqi piyada səkisinin üzərində inşa olunur. deyilənlərin həqiqiliyini əməkdaşlarımız araşdırıb. Maraqlı faktlar ortaya çıxıb.

Əslində stadionun salinması ideya və təşəbbüs olaraq yaxşı qiymətləndirilə, Idmanın inkişafına verilən dəstək kimi dəyərləndirilə bilər. Amma burda bir məqam da var. Insanların istirahətinə xidmət edəcək bu stadion digər vətəndaşların həyatına təhlükə yaratmamalıdır. Təssüflər olsun ki,paytaxtın Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində tikilən stadion digərlərin həyatı üçün təhlükə yaradır. Idman meydançası tiklərkən piyadaların hərəkət etməsi üçün nəzərdə tutulan səki stadionun içərisində qalır. Sakinlər iddia edir ki, stadion onların yolunu kəsir. Ona görə də isə məcbur olub ya yolun ortası ilə gedirlər, ya da əks tərəfə keçirlər.

Yerində olsa idi lap yaxşı olardı. Rahat gedib gələrdik. Məcbur oluruq keçirik bu tərəfə neynəməliyik

Bəyim Məlikheydərova - sakin

Səki olsa idi o tərəfdən keçərdik. Səki olmasdığına görə bu üzdən keçmək məcburiyyətinədəyik. Onda rahat gedib gələrdik birdə yolun bu tərəfinə keçməyinə məcburiyyətində qalmazdıq.

Məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyətindən bildirildi ki, həmin ərazi Koperasiya unversitetinin nəznindədir. Tikintini də onlar həyata keçirir. Kooperasiya Unversitetinin mətbuat katibi Tamerlan Əkbərov isə dedi ki, həmin ərazidə əvvəldən unversitetin stadionu olub. Stadion sonradan dağıdılğı üçün yenidən bərpasına başlanılıb.

Tamerlan Əkbərov - Kooperasiya Unversitetinin mətbuat katibi

Unversitetin nəznində olan bu stadionda son bir neçə ay ərzində yenidən əsasıl bərpa işləri aprılır. Bakı şəhər icra hakimiyyətinin səranacımıdıa var. Bütün sənədləri qaydasındadır. Burada heç vaxt səki yeri olmayıb. Bu ərazi əvvələdən tələblərə xidmət edən stadion olub.

Bakı şəhər icra hakimiyyətindən isə bildirildi ki, həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı onların hər hansı bir sərancamı olmayıb. Memar Polad Əsgərov isə deyir ki, həmin stadionun bu formada tikilməsi qanun pozuntusudur.

Polad Əsgərov - memar

Böyük bir idman kompleksi tiklirsədə hər hansı yaşayış mərkəzindən yaşayış evlərindən qurğulardan 500 metr məsafədə olmalıdır. Əgər kiçicik bir idman əyləncə mərkəzi kimi tikilirsədə bu həmin yoldan minumum 8 metr məsafədə olmaldır. Əgər yer öz yeri olsada qanunla yenə 8 metrə rəyyət eləməlidir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin isə mətbuat xidmətindən isə bildirildi ki həmin ərazidə stadionun tikintisinin qanunu olub olmaması ilə bağlı araşdırma aparılır.

atv.az

Mənbə: www.atv.az