Tullantiları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”

Tullantiları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt və eko-radar bölməsinə daxil olan şikayətlərin əsasən nələrdən ibarət olduğu açıqlanıb. Məişət tullantılarında. Bəli, səhv eşitmədiniz. Sonuncu belə şikayət isə istixanalarda formalaşan tullantıların ətrafdakı gölə atılması olub. Nazirlik isə dərhal tullantılar atan istixana ilə bağlı qərar verib.

Masazır qəsəbəsindəki istixanada formalaşan tullantılar elə yaxınlığındakı gölməçənin ətrafına atılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə edilən şikayət bunu deməyə əsas verib. Daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya göstəriş də verilib.

Hikmət Əlizdaə – ETSN-in xidmət rəisi

Əlbətdə ki, söhbət isənilən məişət tullantısından gedir. Bərk tullantı da ola bilər, yaxudda gündəlik fəaliyyətdə yaranmış tullantı da ola bilər. yaxudda müəssənin fəaliyyəti nəticəsində əldə edilmiş lazımsız xammal materialı da ola bilər. Hansısa bir qəsbədə məişət tullantısı yaranırsa onun üçün yer ayırmaq, müvafiq poliqon yaratmaq, birbaşa o icra hakimyyəti qurumunun yaxudda bələdiyyənin vəzifəsini təşkil edir. bu olmadıqda artıq biz həm o müəssəyə, həm bələdiyyyə idarəsinə qarşı artıq biz nəzarət funskisiyasını yerinə yetirib cərimə tətbiq edirik.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi hikmət əlizadə bildirib ki, nazirliyə son 8 ayda 700 dən artıq şikayət daxil olub. şikayətlərin bir qismi qanunsuz balıqovu ilə bağlıdırsa, əksər hissəsi məişət tullantılarına aiddir .

Hikmət Əlizdaə – ETSN-in xidmət rəisi

Belə halda nazirlik öz adekvat tədbirin görür. Təkcə bu ilin 8 ayı ərzində 50 min metrəyə qədər sintetik tor su hövzələrindən yığılmışdır. Və 100 dən artıq belə deyək ki, qnaunsuz balıq ovu ilə bağlı məşğul olan şəxslərə qarşı birbaşa tədbir görülmüş, bzəi hallarda isə cinayət tərkibli olduğundan hüquq mühafizə orqanlarına göndərilib. O ki qaldı məişət tullantıların iadrə edilməsi ilə bağlı 505 akt tərtib edilmiş, 318 məcburi göstəriş verilmiş. 84 min manat cərimə tətbiq edilmiş. 92 min manat ödəniş tətbiq edilmişdir.

Nazirlik məişət tullantıların idarə edilməsi üçün adiyyatı qurumları daha məsuliyyətli olmağa çağırır.

atv.az

Mənbə: www.atv.az