Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları Azərbaycan dilində oxumaq mümkün olacaq

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları Azərbaycan dilində oxumaq mümkün olacaq

İstədiyiniz sözü və hərfi yazaraq başqa dillərin yazı qrafikasına çevirə biləcəksiz. Bütün bunları İnformasiya texnologiyaları institutun hazırladığı yeni proqram olan Milli transliterasiya proqramı vasitəsiylə həyata keçirmək mümkün olacaq.

Bilmədiyimiz qrafikada yazılan istənilən mətni öz ana dilimizə öz qrafikamıza çevirə bilərik. Sözdə olan bütün səslərin, hərflərin fonetik xüsusiyyətləri nəzərə alınmaqla birbaşa elə Azərbaycan dilində necə səslənirsə eyni formada vahid şəkildə transliterasiya olunacaq çevriləcək.

Bütün bu prosesləri İnformasiya texnologiyaları institutun hazırladığı yeni proqram olan Milli transliterasiya proqramı vasitəsiylə həyata keçirmək mümkün olacaq. Azərbaycan dilindən 8 dilə -rus, ingilis, alman, fransız, italyan, ispan və fars qrafikalarına və əksinə Azərbaycan dilinə transliterasiya yəni konvertasiya ediləcək. Bununl da istənilən dildə yazılan sözləri Azərbaycan qrafikasında oxumaq mümkün olacaq. Proqramda təkcə hərflər deyil, onların düzgün səsləndirilməsi də nəzərə alınıb.

Səbinə Məmmədzadə - İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi

Məsələn burada hər hansı bir səs digər dilin qrafikasında yoxdursa ona ən yaxın variant hansıdırsa onu seçirik. Məsələn ə hərfi yodursa e hərfini b və ya a hərfini götürə bilərik. həmin səsələri bir birindən fərqləndirmək üçün üstündöə nöqtədə qoya bilərik məsələn a hərfi a-ya çevrilir ə hərfi a üstü 2 nöqtəyə çevrilir.

Milli transliterasiya proqramında hətta bütöv bir saytın qrafikasını da başqa dilin qrafikasına çevirmək mümkündür. Milli transliterasiya proqramının ayın sonunda istifadəyə verilməsi planlanşdırılır. Hazırda ad və soyadların, toponimlərin yazılışı üzərində iş aparılır.

atv.az

Mənbə: www.atv.az