Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən basketbol turniri keçiriləcək

Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən basketbol turniri keçiriləcək

 

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabr 25-də Nərimanov rayonunda “Abad məhəllə”də açıq havada basketbol (3x3) üzrə turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarış Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Turnir Azərbaycanın Milli Qəhrəmanı, yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi Əliyar Əliyevin xatirəsinə həsr ediləcək.

AZERTAG.AZ :Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən basketbol turniri keçiriləcək

Mənbə: azertag.az