Rusiyada 108 karatdan çox ağırlığında olan unikal almaz tapıldı

Rusiyada 108 karatdan çox ağırlığında olan unikal almaz tapıldı

Dünyanın ən böyük yataqlarından birində – Rusiyanın Arxangelsk bölgəsindəki V. Qriba adına kombinatda 108,38 karat ağırlığında olan böyük bir almaz çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi bölgənin Təbii Sərvətlər Nazirliyinə istinadən yayıb.

“Sentyabr ayında Arxangelsk vilayətinin Mezensk rayonundakı V. Griba adına dünyanın ən böyük mədən və emal müəssisələrindən birində 108,38 karat ağırlığında olan qiymətli bir almaz hasil edildi” deyilib.

Qeyd olunur ki, 2020-ci ildə kombinatda hər birinin çəkisi 50 karatdan çox olan 11 nadir iri almaz çıxarılıb.

Bu il həm də tapıntılarla zəngindir: yanvar ayında 86.46 karat, mart ayında 53.95 karat, aprel ayında 50.36 karat ağırlığında olan almaz çıxarılıb.

Griba adına kombinatı ehtiyatlarına görə Rusiyada dördüncü, dünyada isə yeddinci sırada qərarlaşıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az