“Prokurorluqdan izah“ videoçarxı (VİDEO)

“Prokurorluqdan izah“ videoçarxı (VİDEO)

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli prokurorluq orqanlarının fəaliyyətlə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?” sualını cavablandırmışdır.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.

Mənbə: www.realtv.az