Çingiz Qənizadə antiterror tədbirlərində yaralanmış əsgərimizlə əlaqə saxladı

Çingiz Qənizadə antiterror tədbirlərində yaralanmış əsgərimizlə əlaqə saxladı

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Qarabağda antiterror tədbirləri zamanı gözündən yaralanan əsgər Quliyev Ceyhun Rafiq oğlu ilə əlaqə saxlayıb.

Demokrat.az-ın məlumatına görə, deputat bildirib ki, Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır:

“Ağdaş Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Cəbi Cəbiyevlə əlaqə saxladım. Ceyhun gözündən, qolundan, sinəsindən və ayağından çoxsaylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. Müalicəsi davam edir. Ceyhunla görüntülü danışdım, ehtiyaclarını öyrəndim. Onun timsalında bütün yaralanmış əsgər və zabitlərimizə Allahdan şəfa diləyirəm”.

Mənbə: musavat.com