DİM: Xüsusi karantin rejimində 40-dan artıq imtahan növü ödənişsiz olub

DİM: Xüsusi karantin rejimində 40-dan artıq imtahan növü ödənişsiz olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), rezidentura, dövlət qulluğuna qəbul imtahanlarını 2020-ci il mart ayından iyul ayınadək ödənişsiz edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, portalda aktiv edilən 40-dan artıq ödənişsiz imtahan növü üzrə 39 min 640 istifadəçi tərəfindən 131 min 107 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Mənbə: azertag.az