Pandemiya və "infodemiya" ilə mübarizə tədbirləri eynidir: qarşısını almaq, aşkarlamaq və cavab vermək

Pandemiya və "infodemiya" ilə mübarizə tədbirləri eynidir: qarşısını almaq, aşkarlamaq və cavab vermək

Bakı, 24 sentyabr, AZƏRTAC

"İnfodemiya" - COVID-19 pandemiyası ilə bağlı şaiyələr, yalan və ya bilərəkdən təhrif olunmuş məlumatlarla necə mübarizə aparmaq olar? Bu məsələ BMT-nin müxtəlif qurumlarının və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Federasiyasının nümayəndələrinin iştirak etdiyi görüş iştirakçıları tərəfindən müzakirə edilib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, onlar dövlətləri, vətəndaş cəmiyyətlərini, medianı və digər “oyunçuları” yalan məlumatların yayılmasının qarşısını almağa çağırıblar.

BMT-nin Baş katibi Antonio Guterres iclas iştirakçılarına video müraciətində deyib: “Virus planetimizə yayılmağa başlayandan sonra sosial şəbəkələrdə bir çox səhv və hətta təhlükəli məlumat ortaya çıxdı ki, bu da insanları çaşdırdı, yollarını azdırdı və ehtiyatsız davranışa sövq etdi”, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Qebreyesus isə “səhv və ya bilərəkdən təhrif olunmuş məlumatların insanların sağlamlığını və həyatını təhdid etdiyini və elmin, dövlət qurumlarının və səhiyyə orqanlarına etibarın zəyiflətdiyini” bildirib.

BMT Uşaq Fondunun İcraçı direktoru Henriyetta Forun sözlərinə görə dezinformasiya uşaqlar üçün ən böyük təhdidlərdən biridir. "Ən təhlükəli formalarda - məsələn, valideynləri uşaqların peyvənd vurulmasının təhlükəli olduğuna inandırdıqda - səhv məlumatlar ölümə səbəb ola bilər", - deyə UNICEF rəhbəri xəbərdar etdi.

Dünya COVID-19 vaksininin inkişafına yaxın olduqca bu problem getdikcə daha da kəskinləşir. BMT-nin Baş katibi artıq bildirmişdi ki, çoxları gələcək vaksinə inamsız yanaşırlar, bəziləri isə artıq peyvənd etməyəcəyinə qərar verib. Həm Quterreş özü, həm də doktor Tedros hətta yalnız bir nəfərin infeksiya təhlükəsi ilə üzləşdiyi müddətdə heç kimin özünü təhlükəsiz hiss edə bilməyəcəyini dəfələrlə vurğulayıblar. Baş katibin sözlərinə görə, insanların yeni peyvəndin effektivliyinə və təhlükəsizliyinə inanması çox vacibdir. “Bizim istisnasız olaraq hər kəsin əldə edə biləcəyi və imkanı çatacağı ”xalq" vaksininə ehtiyacımız var”, - deyə Antonio Guterres vurğulayıb.

BMT-nin şaiyələrə və dezinformasiyalara qarşı elmi cəhətdən əsaslandırılmış faktlarla və təsdiqlənmiş və etibarlı məlumatlarla qarşı-qarşıya durmağı hədəfləyən “Yoxlanılıb” kampaniyasına start verildiyini xatırladaraq, onu "infodemiya"nın dərmanı adlandırıb.

ÜST Baş direktoru doktor Tedros Qebreyesus, pandemiyanın öhdəsindən gəlmək üçün həmrəyliyə və güvənə ehtiyac olduğunu və birinin o biri olmadan mümkün olmadığını vurğulayıb. Dezinformasiyanın qarşısını almağa və elmi həqiqətlərə əsaslanan məlumatları daha fəal şəkildə yaymağa çağırıb. "Infodemiya ilə mübarizə COVID-19 ilə mübarizə ilə eyni prinsiplərə əsaslanmalı: birlikdə qarşısını almaq, aşkarlamaq və cavab vermək", - ÜST rəhbəri dedi.

İclas iştirakçıları koordinasiyalı yanaşmaya əsaslanaraq "infodemiya" ilə qətiyyətlə mübarizə aparmaq üçün bəyannamə qəbul ediblər. Bunun üçün dezinformasiyaya qarşı cavabdeh olan dövlətlərin, çoxtərəfli təşkilatların, vətəndaş cəmiyyətinin və digər "oyunçuların" əməkdaşlığı lazımdır.

Bəyannamənin müəllifləri hökumətləri etibarlı məlumatların, xüsusən də yüksək risk qrupları arasında yayılmasını, yalan məlumatların yayılmasının qarşısını almağa, dezinformasiyaya qarşı - söz azadlığına tam hörmətlə yanaşmaqla “infodemiya” ilə mübarizə planları hazırlamağa çağırıblar.

Bəyannamədə, həmçinin fəaliyyət planlarını tərtib edərkən öz vətəndaşlarının fikirlərinin nəzərə alınması və dezinformasiya ilə mübarizənin təsirli yollarının tapılmasına cəlb edilməsinin vacibliyi vurğulanır.

Bu sahədə əməkdaşlıq çağırışı həm də KİV və media platformalarına, "infodemiya" ilə mübarizədə təsirli vasitələr yaratmağa qadir olan tədqiqatçılara və texnoloqlara, vətəndaş cəmiyyəti liderlərinə və fikirləri dinlənilənlərə ünvanlanır.

Mənbə: azertag.az