Nazirlik həyəcan təbili çalmalıdır: - “...Məktəblər yenidən bağlana bilər”

Məktəblərin açılması hələ heç bir ay deyil. Amma artıq onlarca şagird və müəllim koronavirus infeksiyasına yoluxub. Əlbəttə, dərslərin əyani formada bərpa edilməsində məqsəd başqa idi. Amma fakt göz qabağındadır. Nəzərə almaq lazımdır ki, daşıyıcı şagirdlər evlərində valideynlərini, qohum-əqrəbanı da yoluxdura bilərlər. Deməli, belə getsə, yenidən əvvəlki kabuslu günlərimizə geri qayıtmaq təhlükəsi var. Elə isə sağlamlıq, yoxsa təhsil?
Təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az”a həmin dilemma ilə bağlı fikirlərini bölüşüb:
“Əlbəttə, bu, çox həyəcanverici xəbərdir. Həm şagirdlərin, həm də müəllimlərin arasında yoluxanlar var. Odur ki, Təhsil Nazirliyi həyəcan təbili çalmalıdır. Yoluxmanın səbəbləri araşdırılmalı, boşluqların harda olduğu müəyyənləşməlidir.
Məktəblərin açılması yanlış qərar deyildi. Sadəcə yeni dərs ilinə hazırlıq prosesi lazımi səviyyədə aparılmadır.
Düşünürəm ki, vəziyyətin necə dəyişəcəyi görülən tədbirlərdən asılı olacaq. Əgər yoluxma kütləvi olarsa, məktəblərin yenidən bağlanması zərurəti yaranacaq”.

Dia.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıdakı rus qəbiristanlığında aparılan abadlıq işləri malakanlar tərəfindən razılıqla qarşılanıb

SONRAKI XƏBƏR

BDU Fransa universiteti ilə ikili diplom verəcək