Nəhəng qayaların altında kənd: "Müqəddəs dağa açılan mənzərə" - FOTOLENT

Portuqaliya dağlarında, daş evlər, külək dəyirmanları və dumanlı mənzərələri olan bir çox inanılmaz kənd tapa bilərsiniz.

Lent.az -ın bu yazısının həsr olunduğu Monsanto kəndi, bəlkə də Portuqaliyanın ən turistik kəndidir. Porto və Lissabon (paytaxtdan 277 km) arasında, İspaniya ilə Portuqaliyanın ən yüksək dağ silsiləsi Serra da Estrela ilə sərhədə yaxın deyil. İlin istənilən vaxtında müxtəlif ölkələrdən gələn turistlər burada hansı kənd olduğunu, nəhəng daşlar arasında inşa edilən və özünü "Portuqaliyanın ən çox portuqaliyalı kəndi" adını alan yeri görmək üçün gəlirlər.

Qayaların üzərində olan kiçik kənd – Monsanto portuqal dilindən tərcümədə müqəddəs dağa açılan mənzərə deməkdir.

Monsantonun yaranma tarixi orta əsrlərə gedib çıxır. İlk dəfə 12-ci əsrdə Monsantoda qala tikilib və əsrlər boyu gah fransızların, gah da portuqalların hakimiyyəti altında olub. Həmin dövr ərzində qala dəfələrlə yenidən tikilib-sökülüb, lakin 1853-cü ildən sonra qalada heç bir təmir işləri aparılmayıb.

Monsantonun özünəməxsus aurası var. Buradakı qayalar, kiçik evlər, güllər bu məkanı nağıllar aləminə bənzədir.

Beira Baixa ərazisində qayalıqlardan ibarət təpənin ətəklərində qurulmuş olan bu kənddə insanlar qayaların arasına, üstünə və altına evlərini quraraq yaşayırlar. Amma işin digər tərəfi burada yaşayanların hər gün təhlükə altında olmasıdır.

Sərt daşlı dar küçələri, qayaların dam və divar vəzifəsi gördüyü, təxminən 800 nəfərin yaşadığı qaya kənd, təxminən 500 ildən bəri var olmasına baxmayaraq, çox az təxribata məruz qalıb.

Kəndin küçələri nəqliyyat üçün olduqca dik və təhlükəlidir. Ancaq yerli insanlar bu vəziyyətə öyrəşib.

20-ci əsrdən əvvələ qədər Monsantonun dik yamaclarında yaşayanlar heyvandarlıqla məşğul olanlar idi. Onlara burada nəqliyyat vasitəsi kimi eşşəklərdən istifadə edirlərmiş.

Monsanotunun dar küçələrində heyvandarlıq üçün oyulmuş bir çox sığınacaq yerləşir. Maddi tələbatını heyvandarlıqla əldə edən bir çox kəndlini kəndin meydanında qoyun və keçilərini otlatarkən görə bilərsiniz.

Portuqaliyanın 12 rəsmi kəndlərindən biri elan edilən Monsantoda yaşayanların bir çoxu evlərini restoranlara və kafelərə çevirməyə başlayıb.

Kəndi ziyarətə gələn bir çox turisti buralarda qonaq edərək turizm cəhətdən bir addım atılır, həm də ölkənin tarixini yaşatmağa çalışırlar.

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Lukaşenkonun gizli inaqurasiyası xalqı hiddətləndirib

SONRAKI XƏBƏR

İran XİN rəhbərinin Rusiya səfəri (VİDEO)