Latviya Seymi yeni Müdafiə Konsepsiyasını qəbul edib

Latviyanın Seymi (parlament - Red) 2020-2024-cü illər üçün dövlət müdafiəsinin yeni konsepsiyasını təsdiqləyib. “Report” xəbər verir ki, sənəd dövlət müdafiəsinin strateji prinsiplərini müəyyənləşdirir və gücləndirmək üçün əsas addımları əks etdirir.

Müdafiə Konsepsiyası dörd prinsipə əsaslanır - Milli Silahlı Qüvvələrin gücləndirilməsi, dövlətin hərtərəfli müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və beynəlxalq əməkdaşlıq.

Konsepsiyada həmçinin bildirilir ki, NATO qüvvələrinin Latviyada olması müttəfiqlərin respublikanı dəstəkləməyə hazır olduğunu sübut edir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Çağatayı Pablo Eskobara bənzətdilər - Foto

SONRAKI XƏBƏR

ABŞ düşünür ki, kefi istədiyi kimi buna nail olacaq - Lavrov