Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla tələbə oldu - Direktor danışır

Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla tələbə oldu - Direktor danışır

Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər”

 

KONKRET.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Kəlbəcər rayonu 23 nömrəli məktəbin direktoru Həqiqət Şükürova deyib.

 

Bu il ali məktəblərə qəbul imtahanında məcburi köçkün məktəbinin 56 məzunundan 50-si ali məktəbə qəbul olunub.

 

Rəhbəri olduğu təhsil müəssisəsi haqqında danışan direktor şagirdlərdən lap əvvəldən belə nəticə gözlədiklərini bildirib:

 

“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər.

 

Onu deyə bilərəm ki, builki məzunlarımızdan ibarət sinif seçilmiş sinif idi. Orada ancaq prinsipial şagirdlər təhsil alırdılar. Aralarında oxumayan şagird demək olar ki, yox idi.

 

Valideyn şikayəti ya da dərslə bağlı heç bir problemləri olmayıb. Məktəb olaraq bu şagirdlərdən, onsuz da belə nəticə gözləyirdik”.

Mənbə: konkret.az