Narkomanlığın zərərləri ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi məqsədilə yeni sosial lövhələr hazırlanıb

Narkomanlığın zərərləri ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi məqsədilə yeni sosial lövhələr hazırlanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Sağlam həyat tərzinin təbliği və narkomanlığın zərərləri ilə bağlı maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə sosial lövhələr hazırlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanıb.

Həmin sosial lövhələrin Bakıdakı avtobus dayanacaqlarında, metro stansiyalarında, paytaxtın bir sıra küçə və prospektlərindəki elektron lövhələrdə, iri ticarət və əyləncə mərkəzlərində və ictimaiyyətin sıx toplaşdığı digər yerlərdə yayımlanması, eyni zamanda, respublikanın şəhər və rayonlarına xidməti istifadə üçün göndərilməsi nəzərdə tutulur.

Mənbə: azertag.az