Moderator.az yazdı, Milli Qəhraman övladının mənzil problemi həll olundu

Moderator.az yazdı, Milli Qəhraman övladının mənzil problemi həll olundu

Bir neçə gün öncə Azərbaycanın Milli Qəhramanı, şəhid Yusif Mirzeyevin övladı Nurlana Mirzəyeva Moderator.az vasitəsilə İpoteka və Kredit zəmanət fondunun icraçı direktoru Fəxri Kazımova müraciət ünvanlamışdı.

Bu gün Nurlana Mirzəyeva Moderator.az ilə əlaqə saxlayaraq probleminin müsbət həll olunduğunu bildirib:

"Moderator.az saytının kollektivinə başda Zülfüqar bəy olmaqla dərin təşəkkürümü bildirirəm. Mənim İpoteka və Kredit Zəmanət fonduna ünvanladığım müraciət (

https://www.moderator.az/news/343446.html) sizin saytda veriləndən sonra 8 aylıq problem həllini tapdı. Fondun və müvəkkil bank olan Bank of Baku ASC-nin nümayəndələri mənimlə əlaqə saxlayaraq mənə güzəştli ipoteka krediti ayrıldığını bildirdilər. Milli Qəhraman övladı olaraq mənə dəstək olan hər kəsə minnətdaram. Sizin sayta isə uzun ömür, gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm. Sağ olun."

 

 

Mənbə: moderator.az