İctimai iaşə obyektlərində yoxlamalar pandemiya dövrü bitənə qədər davam edəcək

İctimai iaşə obyektlərində yoxlamalar pandemiya dövrü bitənə qədər davam edəcək

İctimai iaşə obyektlərində, otellərdə yoxlamalar pandemiya dövrü bitənə qədər davam edəcək.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, pandemiyadan sonra bu, daha çox profilaktik maarifləndirmə tədbirləri formasında davam edəcək.

Mənbə: apa.az