ETSN: Struktur islahatları optimallaşdırma tədbirləri çərçivəsində aparılır

ETSN: Struktur islahatları optimallaşdırma tədbirləri çərçivəsində aparılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) aparılan struktur tədbirləri Prezident İlham Əliyevin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq aparılır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli “Ekspert saatı”nda deyib.

O, struktur islahatlarının optimallaşdırma tədbirləri çərçivəsində aparıldığını söyləyib.

O.Məhərrəmli qeyd edib ki, nazirlikdə 65 yaşa çatmış içşçilərin hər biri ilə ayrı-ayrılıqda söhbət aparılır: “Ləğv edilmiş qurumların işçilərinə digər qurumlarda iş yeri təklif edilir. Bu gün ETSN-in rəsmi saytında biolomüxtəlifliyin qorunması üzrə 4 vakant yer elan edilib. Vakant yerlər yarandıqda ərazi üzrə məşğulluq idarələrinə təqdim edilir”.

Nazirlik rəsmisi qeyd edib ki, nazirlikdə işlə təmin olunmaq istəyənlər və dövlət qulluğu üzrə sertifikatı olmayanlar ilkin olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edərək dövlət qulluğu üzrə sertifikat əldə etməlidirlər.

Mənbə: az.trend.az