Standartlara cavab verməyən su xətlərinin olduğu ərazilər açıqlandı

Standartlara cavab verməyən su xətlərinin olduğu ərazilər açıqlandı

“Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir:

“Vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər. Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazirlərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. “Azərsu” ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik”.

A.Cəbrayıllı bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini deyib:

“Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur”.

Mənbə: www.oxu.az