3 min 500-dən çox insan vaksinasiya edildi - NAZİR

3 min 500-dən çox insan vaksinasiya edildi - NAZİR

“Sputnik V” anti-koronavirus peyvəndi 3 min 500-dən çox insana inyeksiya olunub.

Publika.az xəbər verir ki, bunu Rusiya Səhiyyə naziri Mixail Muraşko açıqlayıb.

Məlumata görə, 3-cü mərhələ kliniki sınaqlar çərçivəsində vurulan peyvəndlər heç bir yan təsir göstərməyib.

Qeyd edək ki, “Sputnik V” Qamaleya adına Epidemioloji və Mikrobioloji Araşdırma Mərkəzi tərəfindən hazırlanıb və dövlət qeydiyyatından keçib.

Zümrüd

 

Mənbə: publika.az