Bakıdakı 36 nömrəli məktəbin bir sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar

Bakıdakı 36 nömrəli məktəbin bir sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 36 nömrəli tam orta məktəbin 11a sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 11a sinfini bitirən 22 məzunun hamısı 2019-2020-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Şagirdlər bu ada buraxılış və qəbul imtahanlarında yüksək bal toplamaqla nail olublar.

AZERTAG.AZ :Bakıdakı 36 nömrəli məktəbin bir sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar

Mənbə: azertag.az