Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 705 işçisi var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 705 işçisi var

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumi olaraq 6 705 nəfər işçi heyəti var.
Anews.az xəbər verir ki, bunu nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli deyib.
Onun sözlərinə görə, onlardan 668-i dövlət qulluqçusu, 6 037 nəfəri isə qeyri-dövlət qulluqçusudur:
"İşçilərin 5 066 nəfəri kişi, 1 639 nəfəri isə qadınlardır. Burada meşə, qoruq və milli parklarda mühafizə sahəsində çalışan işçilərin demək olar ki, əksəriyyəti kişi olduğuna görə, gender bərabərliyində müəyyən fərq yaranır. Bu da təbii haldır”
www.anews.az

Mənbə: anews.az