Eskobarın qardaşı oğlu əmisinin evindən 18 milyon dollar tapdı

Eskobarın qardaşı oğlu əmisinin evindən 18 milyon dollar tapdı

Kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı oğlu əmisinin evlərinin birinin divarında gizlədilmiş 18 milyon dollar nağd pul tapdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Nikolas Eskobar indi yaşadığı Medellindeki mənzildə pulu harada axtarmalı olduğunu altıncı hissinin ona dəqiq söylədiyini iddia edir.

Eskobar Kolumbiya KİV-lərinə verdiyi açıqlamada əmisinin sığınacaqlarında ilk dəfə pul tapdığını deyir. Bunadək o, qızıl qələm, peyk telefonları, çap maşını və işlənməmiş plyonka da tapıb.

Eskobar Kolumbiyanın Red + Noticias televiziya kanalına verdiyi müsahibədə "Hər dəfə yemək otağında oturub dayanacağa baxanda bir adamın içəri girib itdiyini görürdüm" deyib.

Beş ildir bu mənzildə yaşayan Nikolas Eskobar, bəzi banknotların zədələndiyini və istifadəyə yararsız olduğunu bildirib.

Dediyinə görə, bir vaxtlar əmisini gəzintilərdə müşayiət etmiş və hətta bir dəfə onu axtaranlar qaçıraraq işgəncə vermişdilər.

Mənbə: avropa.info