O qatarın dalınca baxma, baxma... ARAŞDIRMA

O qatarın dalınca baxma, baxma...  ARAŞDIRMA

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə inam qalmayıb

Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində son illər ölkəmizdə sosial-iqtisadi sahədə böyük uğurlara, nailiyyətlərə imza atılıb. Ümumdaxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması insanların daha yaxşı və firavan yaşamasına yeni imkanlar yaradıb. Həyatımızın bütün sahələrində olduğu kimi nəqliyyat sektorunda da müsbət nəticələrə nail olunub.

Yalnız ötən 5 il ərzində dəmir yolunun müasir dövrün tələblərinə uyğun qurulması üçün dövlət büdcəsindən və digər layihələrdən 2 milyard manata yaxın vəsait ayrılıb. Bunun nəticəsində yeni qatarlar alınıb, stasiyalar tikilib, dəmir yolları çəkilib, vaqon-lokomotiv parkı yenilənib, müasir avadanlıqlar vasitəsi ilə hərəkətin idarə edilməsi üçün işlər görülüb. Eyni zamanada, xarici qrantlar və kreditlər hesabınada dəmir yolunun qurulmasında geniş işlərin görülməsinə yardımlar göstərilib. Misal olaraq Dünya Bankı tərəfindən dəmir yolunun Hacıqabul hissəsindən keçən 215 km-lik hissəsinin qurulmasına 280 milyon dollar ayrılmasını, eləcə də Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı şəkildə yenidən qurulmasına 215 milyon avro kredit alınıb. Düzdür, layihə yarımçıq qalıb və yeni maliyyə vəsaitləri hesabına nəzərdə tutulan işlər yekunlaşıb. Ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları” QSC-nə ayrılan maliyyə vəsaitlərin təyinatı üzrə xərclənməməsi, nəzərdə tutulan işlərin, layihələrin yarımçıq qalması, sərinşin daşınmalarında problemlərin yaradılması, qiymətlərin Tarif Şurasının qərarı olamadan özbaşına artırılaması bu quruma olan ictimai inamı zədələməkdədir. Hətta bir ara mətbuatda belə bir məlumatlar yayıldı ki, “Azərbaycan Dəmir Yolları” QSC xarici ölkələrdən yarasız vaqonlar, elektrovozlar gətizdirib. Bu məlumatı həqiqiliyini Latviya mediasında yazılan məqəalələrdə Azərbaycanın Latviyada istismar müddətini başa vurmuş yarasız texnikaların alınmasını qeyd etmələri təsdiq edirdi.

Rəhbərliyin başı daha maraqlı işlərə qarışıb

Bütün bunlar onu deməyə əsas verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-a milyardlarla maliyyə vəsait ayrılmasına baxmayaraq lazımi qədər iş görmürlər. Döblət büdcəsinə gəlir gətirən sahə kimi deyil, dotasiya ilə işləyən qurum kimi fəaliyyətlərini davam etdirirlər. Demək olmaz ki, bu qurum ləğv edilsin və ya hansısa dövlət qurumuna birləşdirilsin. Sadəcə etibarı doğrultmaq üçün əməli iş görmək lazımdır. Zamanında dəmir yolu nəqliyyatı ictimai nəqliyyatın ən dəqiq və etibarlı nəqliyyat vasitəsi hesab olunurdu. İnsanlar bəzən saatlarını sərnişin qatarlarının stansiyalara gəlmə və getmə vaxtları ilə tənzimləyirdilər. İndi isə o inam qalmayıb. Çünki sərnişin qatarları stansiyalara 20-25 dəqiqə geçikirlər. Uzaq rayonlara isə gecikmə bəzən 1 saata qədər uzanır. Söz demək və ya problemi çatdırmaq üçün ünvan da yoxdur. Bu da yuxarı təşkilat rəhbərlərinin başlarının hərəsinin bir neçə maraqlı işə qarışdığından xəbər verir.

Müəyyən hallarda rəhbərliyə yaxın qatar bələdçiləri insanların qatarlara minmələrinə də imkan vermirlər. Biri bunun səbəbini qatarda yerin olmamsı, başqa birisi dəmir yolçu vəsiqənin olmaması, digəri isə pandemiya ilə əlaqədar sosial məsafəyə riayət edilməsin vacibliyi ilə əlaqələndirilər. Dostlardan biri danışır ki, sentyabrın 24-ü səhər 09:40-da Yalamadan Bakıya gələn sərnişin qatarına Biləcəri stansiyasından minmək istəyib. Ancaq “Əhməd haradadır” kinofilmindəki Zülümovun prototipi, bələdçi qiyafəsində olan birisi "Ərəbzəngi" kimi qarşısını kəsərək vaqona buraxmayıb. "Zülümov dedi, qurtardı...", vaqona daxil olmaq olmaz. Zülümovun prototipi olan bələdçi qadağasını gah vaqonda sərnişinin çox olması, gah da rəhbərliyin tapşırığı ilə əlaqələndirib. Ancaq bələdçinin dostlarının dostları, tanışlarının tanışları və ona görüm-baxım edənlər maneəsiz vaqona daxil ola bilirdilər. “Bizim nə pulumuz, nədə xahişimiz bələdçini yola gətirib, vaqona minməyimizə kömək etmədi” deyə dostumuz narazı şəkildə söyləyir. Bu kimi ayrı seçkiliyin səbəbini “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Xidmətinin rəhbərindən öyrənmək cəhdimizdə, onun telefon zəngimizə cavab verməməsi səbəbindən alınmadı. Görünür, onun da qurumun digər rəhbərləri kimi, başı bərk qarışıq idi.

Vaqonlar bərbad vəziyyətdə olduğundan üfunət iyi verir

Daha bir ağrılı problemidə qeyd etmək yerinə düşərdi ki, Bakı-Ağstafa-Qazax, Bakı-Gəncə qatarları yararsız vəziyyətdə olduğundan sərnişinlər arasında ciddi narzılıqlar yaradır. Vaqonların bir hissəsi az qala sovet dövründən qaldığından və vaxtlı-vaxtında təmizlənmədiyindən üfunət iyi verir. Sərnişinlər istilik sistemi olmadığından qışda soyuqdan, yayda kondisoner işləmdiyindən istidən əziiyyət çəkirlər. İradını bildirb, narazılığını söyləsən növbəti dəfə vaqona minmək arzusundan məhrum olarsan. Bu baxımdan uzaq yol gedib, gələnlər susmağa üstünlük verilər. Problemlərdən biri də, ondan ibarətdir ki, xaricdən baha qiymətə alınan polad relslər keyfiyyətsiz olduğundan tez-tez qəzalar baş verir və nəticədə vaqonlar, relslər, daşınan yüklər sıradan çıxır. Dəfələrlə Azərbaycandan Gürcüstana, Türkiyəyə və Rusiyaya daşınan yük qatarları Hacıqabul, Ağstafa və Xaçmaz istiqamətində qəzaya uğrayıblar. Ötən il Hacıqabul rayonu ərazisində baş verən qəza nəticəsində neft daşıyan və hər birinin tutumu 60 ton olan 3 ədəd sistern yoldan çıxaraq ətrafa dağılmışdır. Nədi-nədi dəmir yolu xətləri yararsız olmuşdur.

Dövlətə milyonlarla manar ziyan vurulur

Qəzanın nəticələrini aradan qaldırılb, relslər təzələnsə də, köhnə qaydaların tətbiq edilməsi yenidən həmin rayon ərazisində daha bir qəzanın baş verməsinə gətirib çıxarmışdır. Bu dəfə 53 yük vaqonundan ibarət qatarın 32 vaqonu relsdən çıxmış, 19 vaqon isə aşmışdır. Ötən il Rusiya istiqamətində üç, bu il isə iki dəfə yük qatarlarının relsdən çıxması səbəbindən, ümumilikdə 80-ə yaxın vaqon sıradan çıxmışdır. Bununla da dövlətə milyonlarla manat ziyan dəymişdir. Amma "başbilənlər"in tükləri də tərpənməmişdir. Əziyyət çəkən isə vətəndaş və dövlətdir. Ömürlərini dəmir yolunun inkişafına xidmətə həsr etmiş qocaman dəmiryolçular dəmir yolu sistemində hökm sürən bərbad vəziyyətdən və idarəetmədən ciddi şəkildə narazılıqlarını bildirirlər. Deyirlər ki, onların maaşları kəsilir, istirahət etmək, tibbi xidmət almaq hüquqlarıda pozulur: “Nabranda “Lokomotiv” adlı istirahət mərkəzi inşa edilsə də, onları ora buraxan yoxdur. Göndəriş üçün müraciət etdikdə isə hər dəfə bir bəhanə söyləyirlər. Sonradan məlum olur ki, istirahət mərkəzində qurumun rəhbər heyətinin qohum-əqrəbaları və dəmir yolunda işləməyən kənar adamlar istirahət edirlər”.

Redaksiyamıza edilən şikayət xarakterli telefon zənglərində və elektron poçtumuza ünvanalanan məktublarda dəmiryolçular pandemiya dövründə evdə qalmağa məcbur olsalar da maaşlarının “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hesablarına köçürmədiyini bildirir və bunla bağlı heç bir səbəbdə göstərilmədiyini qeyd edirlər. Onu da etiraf edirlər ki, şikayət etmək haqqında düşünmürlər: “Çünki, şikayət etsək işimizi həmişəlik itirə bilərik”. Bütün bunlar, onu deməyə əsas verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-i haqqın tapdandığı, hüquqların pozulduğu ünvandır.

Bir sözlə, “Azərbaycan Dəmir Yolları” QSC-də vurha-vur, çal-oynasındır. Rəhbərlikdə təmsil olunan şəxslərin hərəsinin başı daha maraqlı işlərə qarşdığından, dövlətimizin strateji sahəsi olan dəmir yoluna diqqət tamamilə yaddan çıxıb. Təbii ki, bu sahədə ciddi dönüş edilməsə, ağır fəsadların yaranması şübhəsizdir. Bizdən həyacan təbili calmaqdır, iş görmək, problemləri aradan qaldırmaq sizlikdir, cənablar.

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam etdiriləcək.

Mənbə: sia.az