Reyhan böyrək daşlarını əritməyə kömək edir

Bakı, 25 sentyabr, AZƏRTAC

Hindlilərin fikrincə reyhan müqəddəs bitkidir. Onlar inanırlar ki, reyhan ailələri şər qüvvələrdən qorumaq və uğur gətirmək qabiliyyətinə malikdir. Minilliklər boyu reyhandan xalq təbabətində istifadə edilib. Çoxları belə hesab edir ki, müqəddəs reyhanın yarpaqları toksinləri orqanizmdən səmərəli şəkildə çıxarma gücünə malikdir.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, bu bitkinin çox mühüm müalicəvi xassəsi var – o, böyrəklərin işini yaxşılaşdırır.

Reyhan böyrəklərdə daş yaranması riskini azaldır. O, sidik turşusunun səviyyəsini azaltmağa, qan dövranını təmizləməyə kömək edir. Hindistanlı tədqiqatçıların fikrincə, reyhan böyrəklərdəki daşları təmizləyə bilər, çünki o, kalsium oksalat kristallarının yaranması prosesini dayandıra bilir.

Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə reyhanı yeməklərə qatırlar.

Reyhandan stresi aradan qaldıran çay dəmləmək olar. Bunun üçün bir fincan çaya bir neçə quru reyhan yarpağı və ya reyhanın qurudulmuş yarpaqlarının bir çay qaşığı qədər tozunu əlavə edin və 5-6 dəqiqə dəmlədikdən sonra için.

Reyhanın daha bir faydalı xassəsi ondan ibarətdir ki, onun yarpaqlarında bakteriyaların inkişafını dayandıra bilən birləşmələr var. Buna görə ağız boşluğuna qulluq etmək üçün ondan istifadə etmək məsləhətdir. Reyhan yarpağının tərkibindəki mikrobları öldürən maddələr dişlərin kariyesini və ağız boşluğunda xoşagəlməz qoxunu aradan götürməyə kömək edir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

SONRAKI XƏBƏR

ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaq