Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub

Akif İrzaxan oğlu Qurbanov TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

TƏBİB-dən APA-ya bildirilib ki, Tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasıda dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Serbiya Prezidenti ilə görüşüb

SONRAKI XƏBƏR

Lombardlara nəzarət artırılır: “Proses iki cür nəticələnəcək...” - Elman Sadıqov