COVID-19-la bağlı son vəziyyət (VİDEO)

COVID-19-la bağlı son vəziyyət (VİDEO)

Son 24 saatda koronavirusa yoluxma hallarının statistikası belədir-1-ci yerdə ABŞ-dır. Burada Ümumi yoluxma sayı 7,1 mln-dur.

Hindistanda son 24 saat ərzində 86 min 52 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ümumi xəstə sayı 5 milyon 818 min 571-ə yüksəlib.Bununla da Hindistan dünyada Yoluxma sayına görə 2-ci yerdədir. Üçüncü yerdə isə olan Braziliyadadır. Son 24 saat ərzində virus səbəbiylə 831 nəfər ölüb.

Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, 831 nəfərin ölümü ilə ölkədə virusla əlaqəli ölüm sayı 139 min 808-ə, xəstə sayı isə 32 min 817 artaraq 4 milyon 657 min 702-yə yüksəldi.Təxminən 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi olan Sao Paulo əyaləti, epidemiyadan ən çox təsirlənən bölgədir. Burada 958 min 240 yoluxma baş verib. 34 min 677 nəfər isə ölüb.Virusdan yaxa qurtaranların sayı 4 milyon 23 min 789 nəfərdir.

Qeyd edək ki,Əhalisi 211 milyonu keçən Braziliya, Latın Amerikasında "epidemiyanın episentri" olaraq xarakterizə olunur.

4-cü yerdə isə Rusiyadır.Qonşu ölkədə son sutka ərzində daha 7 212 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Rəqəmlərin get-gedə yüksəlməsi fonunda bir çox ölkələrdə həyəcan siqnalı çalınır.Gürcüstanda da vəziyyət ürəkaçan deyil.

Son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb.

Anidən yoluxma sayının artması Azərbaycandan da yan keçmir.Son gün günlərdə yoluxma sayında müşahidə edilən artımla bağlı Tibb universiteti Yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki,pandemiya qısa müddətli olmadığına görə bu hal normal qəbul edilməlidir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 32 039 142 nəfər çatıb. Onlardan 979 388 nəfəri ölüb, 22 024 644 nəfəri isə sağalıb.

 

Mənbə: www.realtv.az