Bu itlər koronavirusu qoxlamaqla müəyyən edir - FOTOLAR

Bu itlər koronavirusu qoxlamaqla müəyyən edir - FOTOLAR

Finlandiyada koronavirusa yoluxan şəxsləri təsbit etmək üçün təlim keçmiş itlər işə başlayıb. Bu gün tətbiq olunmağa başlayan yeni metodla itlər insanların boynundan alınan qoxu nümunələrindən koronavirusu aşkar edə biləcək.

Moderator.az xəbər verir ki, "Helsinki-Vantaa" hava limanında işə başlayan 15 itin koronavirusu əlamətlərin ortaya çıxmasından 5 gün öncə təsbit edə biləcəkləri bildirilib.

Sözügedən tətbiq çərçivəsində hava limanına gələn sərnişinlər boyunlarını bir bezlə silir və daha sonra həmin bezlər itlərin qoxlaması üçün kiçik qutulara qoyulur. Bu yolla itlər bir neçə dəqiqə ərzində koronavirusun olub-olmadığını müəyyən edə bilir.

Qeyd edək ki, gələcəkdəbu itlərin gömrüklərdə narkotik maddə axtaran itlər kimi sərnişinlərin arasında gəzə biləcəyi ifadə edilib.

Kamran

 

 

Mənbə: moderator.az