İki maşın zibil çıxan evdən həm də minlərlə dollar tapıldı - Foto

İki maşın zibil çıxan evdən həm də minlərlə dollar tapıldı - Foto

Türkiyənin Aydın şəhərində sakinlərdən birinin evindən gələn üfunət qoxusu qonşuları narahat etdiyindən, onlar polisə üz tutub.

Hüquq-mühafizə orqanının əməkdaşları mənzildə xeyli zibil qalaqlandığını görüb.

Bizimyol.info xəbər verir ki, Türkiyə vətəndaşının evindən iki maşın zibil çıxıb. Məişət tullantılarını daşımaq üçün ayrıca briqada səfərbər olub. 79 yaşlı ev sahibinin illərlə zibil atmadığı üzə çıxıb.

Təqaüdçü üç il əvvəl həyat yoldaşını itirəndən sonra belə həyat sürməyə başlayıb. O, əlinə nə keçirsə, evə gətirirmiş. Kommunal xidmət əməkdaşlarını məişət tullantıları qədər mənzildə xeyli dəmir pulun toplanması da təəccübləndirib. Sayanda məbləğin 169 min 280 lirə olduğu müəyyənləşib. Yəni təqaüdçü fərqinə varmadan evdə 22 min dollardan çox vəsait toplayıb. Pul sonradan kişinin bank hesabına yatırılıb.

Mənbə: www.bizimyol.info