İşıqforun yanına dayanacaq qoyulması tıxaca səbəb olur - VİDEO

İşıqforun yanına dayanacaq qoyulması tıxaca səbəb olur - VİDEO

Bakıda işıqforun yanına dayanacaq qoyulub. Ona görə də avtobus dayandıqda orada tıxac əmələ gəlir.

Press.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsindən, İnqilab İsmayılov və Abbas Fətullayev küçələrinin kəsişməsindən gedir.

Dayanacaq kəsişmədə yerləşdiyindən hər iki tərəfdən gələn sürücülər üçün maneə yaranır. Yolun sağ hərəkət hissəsi isə birzolaqlı olduğundan dayanacaqda avtobus dayandıqda digər nəqliyyat vasitələri onu gözləməli olur. Bəzən tıxac o qədər uzun olur ki, avtomobillər digər tərəfdən gələn nəqliyyat vasitələrinin də yolunu kəsirlər.

Dayanacağın burada qoyulması avtobus sürücülərini də narahat edir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qurumun əməkdaşları əraziyə baxış keçirib və həmin yerin dayanacaq üçün uyğun olmadığı qənaətinə gəlib. Bu səbəbdən yaxın günlərdə həmin dayanacaq başqa əraziyə köçürüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənbə: press.az