Siçana qızıl medal verdilər - Onlarla insanı xilas etdi

Siçana qızıl medal verdilər - Onlarla insanı xilas etdi

Kambocada mina təmizlənməsində aktiv iştirak edən Maqava adlı siçana PDSA qızıl medalı verilib.

Publika.az-ın məlumatına görə, cəsarət mükafatını “Hero Rat” proqramı çərçivəsində təlimləndirilən siçana APOPO adlı qeyri-hökumət təşkilatı təqdim edib.

Bildirilib ki, Maqava bu günədək 39 mina və 28 partlayıcı təsbit edib. Bununla da 20 futbol meydançı böyüklüyündə sahəni təhlükədən təmizləyib.

Qeyd edək ki, Kamboca dünyada ən çox mina olan ölkə kimi tanınır. Ölkədə 4,6 milyon arasında minanın basdırıldığı təxmin edilir. Bu günədək burada 64 mindən çox insan minanın qurbanı olub. 40 mindən çox insan mina səbəbilə bədəninin müəyyən hissəsini itirib.

Məlumat üçün bildirək ki, PDSA medalı Corc nişanına bərabər mükafatdır.

Zümrüd

Mənbə: publika.az