Ukraynadakı təyyarə qəzasının ilkin səbəbi açıqlandı

Ukraynadakı təyyarə qəzasının ilkin səbəbi açıqlandı

Ukraynanın Xarkov vilayətində təyyarənin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib ki, ilkin məlumatlara görə, qəzaya səbəb An-26 təyyarəsinin sol mühərrikinin sıradan çıxması olub.

“Sol mühərrikin sıradan çıxması ilə bağlı pilotdan bildiriş var idi”, - Kuçer deyib.

O, təcrübəli pilot üçün bunun kritik vəziyyət olmadığını qeyd edib. “Sonra nə baş verdi - bu da aydın deyil, bunu istintaq müəyyənləşdirəcək”, - deyə Kuçer əlavə edib.

Qubernatorun sözlərinə görə, zərərçəkənlər Dördüncü regional xəstəxanaya aparılıblar.

Qeyd edək ki, ən son məlumatlara görə, təyyarənin göyərtəsində olan 27 nəfərdən 25-i həlak olub. Faktla əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Uçuş qaydalarının pozulması" maddəsi ilə cinayət işi başladılıb.

Mənbə: qafqazinfo.az