Bu gündən bu bölgələrdə ictimai nəqliyyatın işi dayandırılır

"Ölkə.Az" bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır. 

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi təlimlərə gedənlərlə bağlı VACİB TƏKLİF

SONRAKI XƏBƏR

Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?