Deputat seçicinin sosial problemini həll etdi

Deputat seçicinin sosial problemini həll etdi

48 saylı Yevlax Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədov Yevlax rayon Malbinəsi, Kövər və Qoyunbinəsi kəndlərində və YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında karantin qaydalarına əməl edilməklə seçicilərlə görüş keçirmişdir. "Olaylar" xəbər verir ki, görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı şəxsi məsəllərinin həlli üçün də köməklik istəmişlər.

Müraciətlərin bir qismi aidiyyatı qurumlarla birlikdə yerində həll edilmişdir. Digər müraciətlər isə nəzarətə götürülərək həlli üçün müvafiq tədbirlərin görüləcəyi barədə seçicilər məlumatlandırılmışdır.

 

Mənbə: olaylar.az