AzMİU-da onlayn dərslər mühazirə və məşğələ formatında aparılır

AzMİU-da onlayn dərslər mühazirə və məşğələ formatında aparılır

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dərslər sentyabrın 15-dən onlayn formada başlayıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması vasitəsilə keçirilən dərslərə tələbələr elektron kabinetlərinə daxil olaraq qatılırlar. Onlayn dərslər əsasən mühazirə və məşğələ formatında aparılır.

Universitet rəhbərliyi mütəmadi olaraq onlayn dərslərə qoşulur, dərs prosesini yaxından izləyir

Mənbə: azertag.az