Rusiyadan Çinə göndərilən ərzaq məhsullarında koronavirus tapılıb

Rusiyadan Çinə göndərilən ərzaq məhsullarında koronavirus tapılıb

Çinin gömrük orqanları Rusiyadan gələn dəniz məhsullarında və onların qablaşdırma materiallarında koronavirus sporları aşkar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çinin Şandun vilayətinin hakim strukturları artıq 4 həftədir Rusiyanın yükünü daşıyan iki gəminin idxal bəyannaməsini qəbul etmir. Həmin gəmilər Çinə balıq sənayesi məhsulları daşıyırmış.

Gazeta.ru saytı saxlanılan həmin gəmilərin adlarını da müəyyən edib. Bunlar “Vladimir Starzhinsky LLC ROLIZ” adlı balıqçılıq, “Crystal Africa” adlı nəqliyyat gəmisidir.

Bundan başqa, Çinin Çançun şəhərində Rusiyadan gətirilən kalmarlarda (dəniz heyvanı) və onların qablaşdırılmasında da koronavirusa rast gəlinib. Gömrük işçiləri həmin məhsullarla kontaktda olan bütün şəxsləri dərhal təcrid edərək, onları tibbi müşahidə altına alıb.

Mənbə: www.cumhuriyyet.net