Həkim Aydın Əliyev: "Təcili olaraq bu klinikaların fəaliyyəti bərpa edilməlidir"

Həkim Aydın Əliyev: "Təcili olaraq bu klinikaların fəaliyyəti bərpa edilməlidir"

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyə Klinikalarının normal klinika kimi fəaliyyət göstərilməsinə icazə verilmir.

Cebhe.info xəbər verir ki, bu fikirləri Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü, tanınmış həkim-radioloq Aydın Əliyev şəxsi "Facebook" hesabında yazıb.

O bildirib ki, bu klinikalar pandemiya klinikaları idi:

"İndi şükürlər olsun ki, fədakar həkimlərimizin titanik fəaliyyəti nəticəsində yoluxma sayı çox deyil və bu klinikakar ölkəmizin aparıcı klinikaları olub, pandemiyadan əvvəl. Hazırda bu klinikalarda fəaliyyət göstərən 100-lərlə həkim və tibb bacısı işsiz qalıb.

Son dövrlərdə cənab prezidentin sərancamları ilə çoxlu sayda modul tipli xəstəxanalar, yeni klinika və Zığ qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən təqribən 3000 çarpayılıq xəstəxana qurulub fəaliyyətə başlayıb, istifadəyə verilib. Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarında minlərlə tələbə və rezident tibbi biliklərə yiyələnməlidir, təhsil almalıdır. Bu səbəblərdən təcili olaraq bu klinikaların fəaliyyəti bərpa edilməlidir".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info