Teleaparıcı Nailə Əsgər-zadə “evdə onu gözləyən” koronavirus barədə danışdı

“Russia 1” telekanalının aparıcısı Nailə Əsgər-zadə koronavirusa yoluxub.

“Telegram” kanalında bu barədə məlumat verən aparıcı bildirib ki, o, bütün ailəsi virusa yoluxandan sonra koronavirusa tutulub; koronavirus onu “evdə gözləyib”.

Teleparıcı “Nədənsə, sadəlövhlüklə maska, əlcək və antiseptik vasitənin məni koronavirusdan qurtaracağına inandım. Onlara qarşı kampaniya apardığımı düşünməyin. Onlar lazımdır. Ancaq bütün ailə, dünyada ən yaxın və sevimli insanlar hərarət və koronavirusla, müdafiəsiz halda yataqda olanda və siz onlara baxası olan yeganə sağlam insan olsanız, maskalar kömək etməyəcək”, - yazıb.

O, koronavirusdan qaça bilməyəcəyini anlayıb, bundan sonra özünü təcridə və gündə iki dəfə ekspress-test etməyə qərar verib. Bunun sayəsində infeksiya ilk 12 saatda aşkar edilib. Əsgər-zadə əlavə edib ki, hazırda sağlamdır və xəstəlik “mümkün qədər minimum itki ilə” keçib.

O, Rusiyada və dünyada virusa yoluxanların sayının getdikcə artdığını vurğulayaraq, insanları məsafə saxlamağa, ünsiyyəti azaltmağa, maskalar və əlcəklər taxmağa və antiseptik vasitələrdən istifadəyə davam etməyə çağırıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İspaniya işsizliyə qarşı mübarizə üzrə Avropa proqramından 21,3 milyard avro yardım alacaq

SONRAKI XƏBƏR

İranda bütün dini tədbirlər ləğv edildi - Ruhani