Bakı, 26 sentyabr, AZƏRTAC
Heydər Əliyev adına lisey bu il də ali məktəblərə qəbul göstəricilərinə görə ən yüksək nəticə göstərən təhsil müəssisələrindən biri oldu.
Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbulda lisey 98 faiz nəticə göstərib. Bu il liseyi bitirib ali məktəblərə sənəd verən 61 şagirddən 60-ı respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Şagirdlərdən 3-ü - Vüqar Abduləliyev I ixtisas qrupu üzrə 676, (Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi fakültəsi), Məhəmməd Qallacov IV ixtisas qrupu üzrə 672 (Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi), Könül Ağayeva I ixtisas qrupu üzrə 635 (UFAZ, Kimya mühəndisliyi fakültəsi) bal toplayaraq ali məktəblərə qəbul olublar. Liseyin səkkiz şagirdi isə 500 baldan yuxarı nəticə göstərib.
Mənbə: azertag.az