Jurnalist fotosessiyada qırıcıların necə “poza verdiyini” göstərdi - FOTO

Jurnalist fotosessiyada qırıcıların necə “poza verdiyini” göstərdi - FOTO

Səudiyyə Ərəbistanından olan jurnalist İnad əl-Otaibi “Twitter” mikrobloqunda fotoqrafların qeyri-adi işi ilə bağlı görüntüləri təqdim edib.

Bu barədə REN TV xəbər yayıb.

Videoda Kral Hərbi Hava Qüvvələrinin çəkilişləri zamanı kameralı şəxsin nəqliyyat təyyarəsində oturduğu və obyektivdən qırıcıları izlədiyi görünür. O, açıq lyukun qarşısında əyləşərək təyyarələrə hansı “pozanı” tutmaları barədə göstəriş verir.

Verilən məlumatlara görə, fotoqraf Ahmed Hader “F-15”, “Eurofighter Typhoon” və “Panavia Tornado”nun bir çox maraqlı görüntülərini çəkib. Kadrlarda təyyarələrin müxtəlif formasiyalarda necə durduqları və müxtəlif manevrlər etdikləri əks olunub.

Mənbə: www.oxu.az