İspan həkimləri elan etdi: Daha kəskin simptom...

İspan həkimləri elan etdi: Daha kəskin simptom...

İspan həkimlər koronavirusunun daha kəskin yeni simptomunu aşkar ediblər.

Axar.az xəbər verir ki, bununla bağlı məlumatı “Deyli Star” qəzeti yayıb. Həkimlərin araşdırmasına görə, yoluxan şəxslərin dilinin ucunda kiçik qırmızı və ağ sızanaqlar yaranır.

İspan həkimlərinin sözügedən araşdırmasının ingilis həkimlər tərəfindən də təsdiqləndiyi bildirilib. Lakin ingilis tibb alimləri dil ucundakı səpkilərin daha çox uşaqlarda rast gəlindiyini və bunun uşaqlarda görülən yeganə koronavirus simptomu olduğunu vurğulayıblar.

Mənbə: axar.az