27 sentyabr Dünya Turizm Günüdür

27 sentyabr Dünya Turizm Günüdür

Sentyabrın 27-si Dünya Turizm Günüdür.

Modern.az xəbər verir ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub.

27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.

Bu il pandemiya səbəbindən turizm işçilərinin peşə bayramı geniş tədbirlərlə qeyd edilməsə də bu sahənin inkişafı hər zamankı kimi yenə də, dövlətin ciddi nəzarətindədir.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.

Mənbə: modern.az