XİN: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır

XİN: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır

Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində 27 sentyabr 2020-ci ildə qeydə alınmış gərginlikdən dərin narahatlığını ifadə edir.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Qazaxıstan tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırır: "Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik".


 

Mənbə: kaspi.az