İşğaldan azad olunan kənd sakini: “35 yaşına kimi Nüzgar kəndində müəllim işləmişəm”

İşğaldan azad olunan kənd sakini: “35 yaşına kimi Nüzgar kəndində müəllim işləmişəm”

Düşmən tapdağından azad olunan kəndlərdən biri də Cəbrayıl rayonunun Nüzgar kəndidir. Torpağı işğaldan azad olunan Nüzgar kənd sakini, hal-hazırda Cəbrayıl Rayon Çullu kənd məktəbinin direktoru vəzifəsində çalışan Araz Quliyev də sevincini Moderator.az saytı ilə bölüşüb. O bildirib ki, 35 yaşına kimi Nüzgar kəndində müəllim işləyib:

“Demək olar ki, 2-3 gündür ki, bizim həyəcanımız yerə-göyə sığmır. 27 ildir ki, torpaqlarımızdan, Nüzgar kəndindən uzaq düşmüşük. Aprel döyüşlərində Lələtəpə alınanda çox sevindik, bu günü gözləyirdik ki, tezliklə biz Nüzgara qayıdacaqıq. 35 yaşında mən Nüzgar Kəndində müəllim işləyirdim, indi isə böyük sevinc içindəyəm. Sevinirəm ki, nəhayət ki, öz kəndimə qayıdacam. Arzu edirəm ki, bizim döyüşkən ordumuz bütövlükdə Qarabağı işğaldan azad etsin. Biz kəndimizin bulaqlarına, meşələrinə həsrət qalmışdıq. Nə qədər müxtəlif ərazilərdə məskunlaşsaq da yenə də ürəyimiz kəndimizlə döyünürdü. İnsan sevincdən, həvəsdən danışa bilmir. Şagirdlərimə hər zaman öz kəndimizi aşılayırdım. Cənab prezidentə təşəkkürümü bildirirəm, hamımız ölkəmiz üçün bir əsgərik” deyə kənd sakini bildirib.

Mənbə: moderator.az